Mələkxanım Əyyubovanın yaxını polisə çağırıldı — 3 çılpaq qızın videosuna görə... (FOTO)

Mələkxanım Əyyubovanın yaxını polisə çağırıldı — 3 çılpaq qızın videosuna görə... (FOTO)
 

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə 3 çılpaq qadının içki məclisindən videosu yayılıb. Görüntülərdə onları bir nəfər şəxs lentə alır. Qızların isə içkinin təsirindən özlərini itirdikləri görünür.

Sfera.az xəbər verir ki, xeberci.az-ın yaydığı məlumatda bildirilir ki, Cahid adlı şəxs hazırda Nəsimi Rayon Polis İdarəsindədir. Saxlanılan şəxsin ifadəsinə görə, ona bu qızları müğənni Valeh İsrafilov yollayıb. Bu məlumatı o, öz ifadəsində qeyd edib.

Məsələ ilə bağlı unikal.org-a açıqlama verən Valeh İsrafilovun qardaşı Vüsal İsrafilov bildirib ki, lüt qızları videoya çəkən şəxslə qardaşı tanış edib:

 

"Biz özümüz də dünən eşidib, şoka düşmüşük. Xəbəri sosial şəbəkələrdə paylaşıb səhvən mənim şəklimi verirlər. Ancaq yazılanlar doğrudur. Mənim qardaşımla Cahid dost olublar. Qızlarla da onu mənim qardaşım tanış edib. Cahid özü ailəlidir, bildiyim qədər övladı da var. Başımıza gələnlərin hamısı onun bu səhv addımına görədir. Deyəsən, bu hadisəyə görə qardaşımı da polisə çağırıblar. Qaldı ki, qızlarla qardaşım Valehin tanışlığına, kişidir, yəqin ki, hansısa məclisdə tanış olublar. Bu məsələ ictimailəşəndən sonra qardaşımla əlaqə saxlaya bilməmişik".

 

Qeyd edək ki, R.İsrafilov xalq artisti Mələkxanım Əyyubovanın qardaşı oğludur.


 

 


OXŞAR XƏBƏRLƏR

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...