Məktəblilərin qayğılı şənbəsi – İctimai nəqliyyat yoxdur, amma dərsə getmək lazımdır...

Məktəblilərin qayğılı şənbəsi – İctimai nəqliyyat yoxdur, amma dərsə getmək lazımdır...
Hazırda müəllimləri də, şagirdləri də düşündürən əsas məsələlərdən biri 6 günlük dərs rejiminin necə təşkil edilməsidir. Yəni bəzi məktəblərdə dərslər 5 deyil, 6 gün olacaq və nəzərə alsaq ki, həftəsonu ictimai nəqliyyat işləmir, tədrisin hansı formada reallaşdırılacağı sual altındadır.
 
Təhsil Nazirliyinin cavabı isə təxminən bu cürdür - Qərarı Nazirlər Kabineti verir və ya məsələ məktəb rəhbərliyi ilə həll edilməlidir.

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı Sfera.az-a açıqlamasında xatırladıb ki, hazırda Azərbaycanın 3333 orta ümumtəhsil məktəbində tədris 11 illikdir, yerdə qalanlar ibtidai siniflər və 9 illik məktəblərdir:

"Ümumilikdə 1,5 milyondan artıq şəxs tədris prosesinə gedəcək. Ən çox şagird sıxlığı təbii ki, paytaxt Bakının payına düşür. Burada 440 minə yaxın şagird 320 məktəbə gedəcək. Təkcə Bakıda 320 məktəbin 290-nı 5 günlük olsa da, yerdə qalan məktəblərdə dərslər 6 günlükdür. Bunun əsas səbəbi məktəblərdə şagird sıxlığı ilə bağlıdır. İkinci növbəni təşkil etmək mümkün deyil, eyni zamanda məktəblərdə sinif çatışmazlığı var. Bütün bunlar tədrisin 6 günlük sistemdə keçirilməsinə məcbur edir. Amma ictimai nəqliyyat işləmədiyi üçün müəllimlər və şagirdlər üçün çətinliklər yaranacaq”.

Müsahibimiz qeyd edib ki, şənbə günləri günün müəyyən saatlarında Bakı Nəqliyyat Agentliyi Təhsil Nazirliyi ilə birgə tədris prosesi 6 günlük olacaq ərazilərə xüsusi avtobuslar təşkil edə bilər:

"Bundan yalnız şagirdlər istifadə etməlidir. Bu, təhsilin əlçatanlığına nail olmağımıza səbəb olar. Ümumilikdə Nazirlər Kabineti mövcud qərarda dəyişiklik edərək şənbə günləri ictimai nəqliyyatın işləməsinə icazə verməlidir. Yalnız orta ümumtəhsil müəssisələri deyil, ali təhsil müəssisələrində də tədris bərpa edilir. Bir sıra universitetlər isə tədris təşkilində yeni qaydalara keçəcəklər.
 
Yəni müharizə və seminarlarda 60 nəfərdən artıq tələbə iştirak etməyəcək. Bu, o deməkdir ki, dərslərin gününün artırılmasına ehtiyac olacaq. Bu da birmənalı şəkildə şənbə günlərinin hesabına baş verəcək. Məhz ali təhsil müəssisələrinin də yükünü nəzərə alsaq, şənbə günü ictimai nəqliyyatın işlək vəziyyətdə olması qaçılmazdır”.

Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Mbappe milyonlarla avrodan buna görə imtina edəcək 

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa klubunu tərk edərək təxminən 130 milyon avrodan imtina edə bilər.   Sfera.az bildirir ki, forvard bu mövsüm al...

"Əlvida, Cavanşirsiz..." - Firuzə İbadovadan GÖZLƏNİLMƏZ AÇIQLAMA

“Cavanşirsiz səhnəni tərk edirəm!”   Sfera.az xəbər verir ki, bu barədə Medianews.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova bildir...

Kobaxidze Viktor Orbanla GÖRÜŞƏCƏK

Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfərə gedib.   Sfera.az xəbər verir ki, məlumatı Gürcü...

ABŞ-nin 61 milyard dollarlıq hərbi yardım paketi: Ukraynaya hansı silahlar veriləcək?

Xəbər verdiyimiz kimi, ABŞ Senatı Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketini qəbul edib və qanun layihəsi imzalaması üçün Prezident Co Bayde...

"Universitetlərdə qızların geyimləri, oğlanların isə..." - Ekspert tələbələrlə bağlı qadağaları TƏNQİD ETDİ

Bir sıra universitetlərdə qız tələbələrin geyimlərinə, oğlan tələbələrin isə saqqal saxlamalarına qadağa qoyulduğunun şahidi olmuşuq.   Bəs bu qadağ...

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 21% AZALIB

2024-cü ilin 1-ci rübündə Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 25,5% azalaraq 134,5 milyon ABŞ dolları təşkil edib.   Sfera.az APA-ya isti...