Məktəblilərin əsas intihar səbəbi - \"Verter effekti\"

Məktəblilərin əsas intihar səbəbi - \
 

"İntihar məsələsi psixiatriyanın ən ağrılı, yaralı yeridir. Təəssüflər olsun ki, bu hallarla tez-tez rastlaşırıq”.

Bu sözləri "Yeni Sabah” a intihar hallarından danışan psixiatr Orxan Fərəcli deyib. O bildirib ki,  konkret olaraq Elinanın intiharında  vəziyyət qarışıqdır6

"Təbii ki, təzyiqlər, yeni məktəb, adaptasiya problemləri olub. Bu adaptasiya  problemlərinin kökündə ətrafdan təzyiqlər, qəbul etməmə, yeniyetmələrin  müəyyən qruplaşmaları olur başqa heç kimi qəbul etmirlər və kənarlaşdırmalar buna səbəb olur.  İntiharın törədilmə üsulu  nə qədər qəddarlıqla törədilirsə,bu, daha ciddi məsələlərdən xəbər verir. Sağ qalma ehtimalını  aşağı salan üsullarla törədilib. İntiharlarda "Verter effekti” deyilən bir şey var. Nə qədər çox danışılsa, rast gəlmə tezliyi artır. Bu "Gənc Verterin iztibarları” əsərindən götürülmüş bir şeydir. Bu kitab çap olunanda, həmçinin Murat Kəkillinin "Bu akşam ölürüm” mahnısı ətrafında da çoxlu intiharlar oldu. Yəniintihar xəbərini nə qədər çox paylaşırlara, intihar o qrupda nə qədər çox yayılırsa, artma ehtimalı ola bilər”.

Psixiatr əlavə edib ki, fərqli psixologiyaya malik uşaqların birlikdə təhsil almasında  problem yoxdur”. 

"İnklüziv təhsil proqramında hətta ağır ruhi xəstə uşaqların belə normal məktəblərdə inteqrasiyasına çalışırlar. Bunları nəzərə almasaq çətin tərbiyə olunan  uşaqlar xüsusi təhsil müəssisələri var. Amma belə onların bilrikdə təhsil almasının xüsusi  təsiri yoxdur”.

Qeyd edək ki, 162 saylı məktəbdə özünü 3-cü mərtəbədən atan VIII sinif şagirdi Elina Hacıyeva aprelin 6-da dünyasını dəyişdi. Bununla yanaşı bir neçə ildə məktəblilərin müxtəlif səbəblərdən intihar hallarının artdığı müşahidə edilir.


OXŞAR XƏBƏRLƏR

Sabah 30 dərəcə isti OLACAQ

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı açıqlamasını TƏKZİB ETDİ: "Mən elə deməmişəm...” – FOTO

Əməkdar artist Firuzə İbadova özü ilə bağlı yayılmış xəbəri təkzib edib.   Sfera.az xəbər verir ki, o, bu barədə “İnstagram” hesabında mə...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam şəhərində olublar.   Sfera.az xəbər verir k...

Azərbaycan UKEF ilə əməkdaşlığın mümkün istiqamətlərini MÜZAKİRƏ ETDİ

Azərbaycan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “UK Export Finance” (UKEF) ilə əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edi...

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası KEÇİRİLİR

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası başlayıb.   Sfera.az xəbər verir ki, Milli Məclisdə keç...

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi ...