Məktəblərin açılması ilə bağlı VACİB AÇIQLAMA - DƏRSLƏR...

Məktəblərin açılması ilə bağlı VACİB AÇIQLAMA - DƏRSLƏR...
 

"Bir müddət öncə Prezident koronavirus pandemiyası ilə bağlı ölkədə yaranmış vəziyyətdən danışarkən növbəti tədris ilində təhsilin təşkili formalarının hələlik qeyri-müəyyən olduğunu vurğulamışdı.

Eyni zamanda distant təhsil formasının da qaçılmaz olduğunu qeyd etmişdi. Bu isə artıq o demək idi ki, Təhsil Nazirliyi qarşıdakı tədris ili üçün təhsilin təşkili ilə bağlı müxtəlif modellər hazırlamalı və bu, istənilən şərait üçün təhsilin təşkilinə imkan verməlidir”.

Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O, hazırki vəziyyətə uyğun olaraq, bir neçə təklif irəli sürüb:

"Düşünürəm ki, indiki şəraitdə aşağıdakı təhsil formaları üzrə modellər üzərində işləmək faydalı olardı:

1. Əyani (Əgər hər şey köhnə qaydada olarsa, ənənəvi əyani təhsil forması nəzərdə tutulur)

2. Hibrid : Əyani-distant.

Bu təhsil forması əsasən əyani formanı nəzərdə tutur, lakin tədrisin distant texnologiyaların tətbiqi ilə distant formada təşkili, imtahanların onlayn formada təşkili də mümkündür. Bunun hüquqi təminatı üçün müvafiq normativlər qəbul edilməli, dərslərin təşkili, siniflərin formalaşması və s. qaydalara yenidən baxılmalıdır.

Valideynlər, şagirdlər, tələbələr Hibrid təhsil forması ilə bağlı qabaqcadan məlumatlandırılmalı və buna hazır olmalıdır.

3. Distant təhsil forması.

Bu təhsil forması tam distant tədrisi nəzərdə tutur, bunun üçün NK və TN Qaydalar hazırlamalıdır. Lisenziya şərtləri hazırlanmalıdır. DİM tərəfindən ali təhsil müəssisələri üçün bu formada təhsil alanların sayı qabaqcadan müəyyən olunmalıdır”.

O. Gündüz hibrid formada təhsilin təşkilində bütün səviyyələrdə texniki-texnoloji təminat və internet təminatı üçün məsuliyyətin təhsil müəssisəsinin üzərində olmasının daha doğru olduğunu bildirib. (redaktor)


OXŞAR XƏBƏRLƏR