Məktəbə işçi qrupu göndərildi, 3 gündür 10 yaşlı uşağın problemini həll edə bilmirlər

Məktəbə işçi qrupu göndərildi, 3 gündür 10 yaşlı uşağın problemini həll edə bilmirlər
 Nəsimi rayonu 14 saylı məktəbin "3 C” sinfinin valideynləri hələ də uşaqlarını məktəbə göndərmirlər. Onlar həmyaşıdları ilə aqressiv davranan Məhəmmədhəsən Sadıqzadənin "3E” sinfindən "3C” sinfinə keçirilməsinə etiraz ediblər. Bakı şəhəri üzrə Təhsil İdarəsi isə problemi həll etmək üçün məktəbə işçi qrupu göndərib.

Bu barədə virtualaz.org-a idarənin mətbuat katibi Bəşarət Məmmədov bildirib.

B.Məmmədovun sözlərinə görə, həm uşaqlarla, həm də valideynlərlə psixoloji iş aparılır. "Məktəbin psixoloqu və işçi qrupuna daxil olan psixoloqlar şagirdlərlə, onların valideynləri ilə söhbət aparırlar. Məqdəs uşaqlar zərər görmədən problemi həll etməkdir. Qiymətləndirmədən sonra qərar veriləcək”.

Mətbuat katibi əlavə edib ki, mütəxəsislərin qiymətləndirilməsindən sonra uşağın başqa məktəbə köçürülüb-köçürülməməsinə qərar veriləcək. "Yəqin ki, valideynlər də qərarla razılaşacaqlar. Bizim üçün ilk növbədə uşaqlardır, onların zərər görməməsidir. Valideynlərə də başa salmağa çalışırıq ki, heç bir uşağın hüququ pozulmasın. İşçi qrupunun rəyi açıqlanacaq, bundan sonra qərarla hər kəs tanış olacaq”.

Hələliksə 3 gündür problem həllini tapmayıb.

Qeyd edək ki, valideynlər Məhəmmədhəsən Sadıqzadənin həmyaşıdlarını döydüyünü, çantasında kəsici alət gəzdirdiyini, paltarını soyunaraq uşaqlara bədənini göstərdiyini deyirlər. M.Sadıqzadənin valideynləri isə övladına qarşı ayrı-seçkilik edilməsi ittihamı ilə polisə şikayət edib.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.   **...

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...