Məktəbdə seks qalmaqalı - Direktor və laborant dindirildi

Məktəbdə seks qalmaqalı - Direktor və laborant dindirildi

Adı "seks qalmaqalında" hallanan direktor və laborantla bağlı hələ də Təhsil Nazirliyinin yekun qərarı açıqlanmır.

Sfera.az xəbər verir ki, nazirliyin nümayəndəsi Kənan İbrahimov azvision.az-a bildirb ki, məsələ ilə bağlı araşdırma davam edir. Onun sözlərinə görə, dünən Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin əməkdaşı Ceyhun Mirzə, Şəmkir Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri Azər Əliyev, Yavər Kərimov Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində qeyd olunan məsələ ilə bağlı xidməti araşdırma aparıblar. 

"Eyni zamanda laborantın müxtəlif müəllimlərin diaqnostik qiymətləndirmədə iştirakı barədə dediyi məqamlar araşdırılıb. Həmin müəllimlər dindirilib, faktın düzgün olub-olmadığı öyrənilib. Ola bilər ki, həmin müəllimlər faktı etiraf etsinlər. Hər halda faktları isbat edəcək başqa məqamlara baxılır".

K.İbrahimov bildirib ki, qalmaqala səbəb olan direktor və laborant bu gün Rayon Təhsil Şöbəsinə çağırılaraq dindirilib.

Qeyd edək ki, Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam orta məktəbin direktoru Akif Namazov və orada laborant işləmiş Xatirə Əliyeva arasında qalmaqal yaranıb. Qalmaqala səbəb laborantın işdən çıxarılması və direktorun həmin xanımı əxlasızlıqda ittiham etməsidir. 

Xatirə Əliyeva mətbuata müraciət edərək məktəb direktorunu rüşvət almaqda ittiham edib. Direktor isə cavabında həmin xanımın seks videosu olduğunu üçün işdən uzaqlaşdırıldığını bildirib.


OXŞAR XƏBƏRLƏR

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...

"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bug...

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirib. Bununla da, onun ABŞ sakini olduğu rəsmi olaraq təsdiqlənib.   Sfera...

Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üzrə hesabatı təqdim edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.   Sfera.az x...