Məktəbdə qızını döyən ana valideynlik hüququndan məhrum ediləcək? - Qanun nə deyir?

Məktəbdə qızını döyən ana valideynlik hüququndan məhrum ediləcək? - Qanun nə deyir?
Xəbər verdiyimiz kimi bir neçə gün öncə Bakıdakı 189-190 saylı orta məktəbdə birinci sinif şagirdini döyməkdə günahlandırılan müəllim işdən çıxarılıb. Ötən gün isə bu hadisə ilə bağlı olaraq daha maraqlı bir fakt ortaya çıxıb. Məktəblinin yalnız müəllimi tərəfindən deyil, elə öz valideyni tərəfindən döyüldüyü məlum olub. Məktəbin dəhlizi və otaqdakı video kameraya düşən görüntülərdə azyaşlının valideyni tərəfindən şiddətə məruz qaldığı aşkar görünür.

Azyaşlıların valideynləri tərəfindən döyülməsi cəmiyyətimizdə tez-tez rastlaşdığımız problemlərdən biridir. Uşaqlara şiddət yad insanlar tərəfindən tətbiq edildikdə, həmin insan cəzalandırılır. Bəs, uşaq öz valideyni tərəfindən şiddətə məruz qaldıqda, qanunlar necə işləyir? Belə valideynlər hansı məsuliyyətə cəlb olunur? Hansı hallarda onlar valideynlik hüququndan məhrum edilə bilər?

Qanunvericiliyə nəzər salaq:

Qanunvericiliyə əsasən, valideynlər uşaqlarının istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa və biganəliyə yol verə bilməz. Övladının hüququnu tapdalayan, ona qarşı zorakılıq tətbiq edən valideynlər isə qanunla məsuliyyətə cəlb olunurlar. Ən pis halda isə bu valideynlər valideynlik hüquqlarından məhrum edilirlər. Valideynlik hüquqlarından məhrumetmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64-cü maddəsi ilə tənzimlənir. 

Valideyn nə zaman valideynlik hüquqlarından məhrum ola bilər? 

Valideynlik vəzifələrini yerinə yetirmədikdə;
Alimenti qəsdən ödəmədikdə;
Heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;
Valideynlik hüquqlarından sui-istifadə etdikdə;
Uşaqlara qarşı məişət zorakılığı etdikdə;
Xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
Uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə.

Bəs, valideynlik hüquqlarından məhrumetmə necə tətbiq olunur

Ailə Məcəlləsinin 64-cü maddəsində müəyyən edilmiş valideynlik hüquqlarından məhrumetmə hallarından biri və ya bir neçəsi müəyyən edildikdə valideynlik hüquqlarından məhrumetmə haqqında qətnamə çıxarılır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq həmin qətnamədən çıxarış müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...