Meksikada avtobus qəzası: 12 ölü, 30 yaralı
11:11 / 22.05.2017
995
Meksikanın Çyapas ştatında dağlıq rayonda avtobusun yoldan çıxıb aşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə nəticəsində 12 nəfər ölüb, 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İnsident Qvatemala ilə sərhəd yaxınlığında baş verib.
Qəza-xilas etmə xidmətinin verdiyi məlumata görə, avtobus zəvvarları daşıyırmış. Qəzanın baş vermə səbəbləri məlum deyil.
Sfera.az