Mehriban Xanlarova məhkəmə ilə hədələdi: \"...ləçərliklə, həyasızlıqla səs toplayıb\"

Mehriban Xanlarova məhkəmə ilə hədələdi: \
 Əməkdar artist, tanınmış aktrisa Mehriban Xanlarova Elşad Xose ilə mübarizəsinə son verərək, şou əhlini hədəfə alıb.

Sfera.az xəbər verir ki, yeniçag.az-a açıqlama verən aktrisa onu təhqir edən məşhurları məhkəməyə verəcəyini deyib:

"Elşad artıq şoudan getdi. Vüsalə sağ olsun, qadın həmrəyliyini göstərdi və mənim intiqamımı ondan aldı. Daha Elşadla işim yoxdur. Şoudan çıxanda məni qucaqlayıb, əlimdən öpdü. Qulağıma da pıçıldadı ki, səni çox sevirəm, bağışla, bu, bir oyundur. Mənim onunla əvvəllər problemim olmayıb, onu Oksanaya görə tanımışam. Ancaq şəxsiyyətimi təhqir edən şou-biznes nümayəndələri məni qarşılarında görəcəklər. Sosial şəbəkədə ağızlarına gələni yazırlar. Düzdür, ad çəkmirlər, amma yazırlar ki, əməkdar artist adını almaqla deyil, ləçərliklə, həyasızlıqla səs toplayıb. Bu da mənə ünvanlanmış ifadədir, çünki, "Maşın şou"da məndən başqa əməkdar artist olmayib.

 

Mənim arxamda heç kim yoxdur, səs verən insanlar hamısı tamaşaçılarımdır. Kim məni təhqir eləsə, həmin adam məhkəmədə qanun qarşısında cavab verəcək. O adama üzümü tutub deyirəm ki, özünü yığışdır, çaşma. Dünya dərəbəylik deyil".



OXŞAR XƏBƏRLƏR