“Mehriban xanım vitse prezident olmasa, xalq bundan da pis günə düşəcək”

“Mehriban xanım vitse prezident olmasa, xalq bundan da pis günə düşəcək”
 
"O deputatın ayaqlarını kəsmək lazımdır ki, ona yorğan lazım olmasın. Balaca yorğanla kifayətlənə bilsinlər. "Az yeyin” deyənlərə isə məsləhətim odur ki, bir az da özlərini ac saxlasınlar. Camaatla işləri olmasın, camaatın ruzi-bərəkətini göyə çəkməsinlər. Dövlət xalqın qeydinə qalsın”. 

Bunu Moderator.az-a açıqlamasında "Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül deputat Hüseynbala Mirələmovun böhrandan çıxış yolu ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. 

Hacı Əbdül daha sonra böhrandan çıxış yolu ilə bağlı özü də maraqlı təklif verib:   

"Bu böhranın qarşısını almağın bir yolu var, o da Mehriban xanım Əliyevanın vitse-prezident seçilməsidir. Mehriban xanım vitse-prezident olandan sonra bütün böhranlar, camaatın çətin vəziyyəti, hər şey öz qaydasına düşəcək. Prezidentdən xahiş edirəm ki, xalqın vəziyyətini nəzərə alsın və Mehriban xanımı vitse-prezident təyin etsin. Əgər Mehriban xanım vitse prezident olmasa, xalq bundan da pis günə düşəcək. Çünki hökumət işləyə bilmir”. 
 

OXŞAR XƏBƏRLƏR