Mehriban Əliyevaya Nizami Gəncəvi Beynəlxalq Mükafatı təqdim olundu - FOTO

Mehriban Əliyevaya Nizami Gəncəvi Beynəlxalq Mükafatı təqdim olundu - FOTO
Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Nizami Gəncəvi Beynəlxalq Mükafatı təqdim edilib. 
 
Sfera.az bildirir ki, M. Əliyeva təhsil və mədəniyyətə verdiyi töhfələrə görə bu mükafatla təltif edilib. 

Təqdimat bu gün "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunda baş tutub.

Mərasimdə çıxış edən M. Əliyeva deyib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qarşılıqlı anlaşmanı, sülhü beynəlxalq səviyyədə təbliğ edir: "Əsrlər boyu Azərbaycan müxtəlif xalqların, dinlərin bir arada yaşadığı ölkə olub. Bu gün biz müstəqillik illərində əldə etdiyimiz nailiyyətlərdən danışdıq. Mən Azərbaycan prezidentinə təşəkkür edirəm. O, həyatını öz xalqının inkişafına həsr edib. Mən bu mükafatı həm də Heydər Əliyev Fondunun fəaliyyətinə verilən qiymət kimi qəbul edirəm. Heydər Əliyev Fondu 14 ildir elm, təhsil və sosial sahələrdə layihələr həyata keçirib". 

M. Əliyeva Nizami Beynəlxalq Mərkəzinin həmsədrlərinə uğurlu fəaliyyətlə əlaqədar təşəkkür edib.(APA)
 


OXŞAR XƏBƏRLƏR

Andjey Duda Rusiyanın Kalininqradda nüvə silahı yerləşdirdiyini İDDİA ETDİ

Polşa Prezidenti Andjey Duda Rusiya Federasiyasını Kalininqrad vilayətində nüvə silahı yerləşdirməkdə ittiham edib.   Sfera.az bildirir ki, bunu...

Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb.   Sfera.az xəbər veri...

Prezident: "Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi"

Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi.   Sfera.az xəbər verir ki, bu sözləri...

Ərdoğan: "Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın düzgün yol seçəcəyi və regionda yeni dövrün başlayacağına ümid etdiyini bildirib.   Sfera.az xəb...

Ceyhun Bayramov çexiyalı həmkarı ilə birgə mətbuat konfransında ÇIXIŞ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yan Lipavski (Jan Lipavsky) ilə birgə mətbuat konfransında çıxış edib.   Sfera.az x...

Çin Rusiyaya maşın və avadanlıq ixracını azaldır – SƏBƏB

2024-cü ilin martında Çin Rusiyaya maşın, avadanlıq (o cümlədən elektrik avadanlığı), mexanizmlər, onların hissələri və aksesuarlarının birbaşa tədarükünü ...