Mehriban Əliyeva məktəbin açılışını etdi - FOTOLAR

Mehriban Əliyeva məktəbin açılışını etdi - FOTOLAR

 Dekabrın 6-da Bakıda Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin yeni binasının açılış mərasimi olub.

Sfera.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva məktəb binasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məktəbin yeni binasında görülən işlər barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya məlumat verib.

Birinci vitse-prezident Mehriban Əliyeva musiqi məktəbində yaradılan şəraitlə tanış olub.
 


DİGƏR XƏBƏRLƏR