Mehriban Əliyeva ilin idman təşkilatçısı elan edildi

Mehriban Əliyeva ilin idman təşkilatçısı elan edildi
 Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2017-ci ilin idman laureatlarının adlarını açıqlayıb.
 
Sfera.az AzərTAc-a istinadən məlumatına görə, "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ilin idman təşkilatçısı elan edilib.
 
Azərbaycan Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov ilin idman xadimi seçilib.
 
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilin idmanı ən yaxşı işıqlandıran informasiya agentliyi elan olunub.
 
Cari ilin idman jurnalistləri isə Anar Əhmədov ("Olimpiya dünyası”), Həbib Aslanov ("Futbol+”), Oqtay Bayramov ("Xalq qəzeti”) və Vüqar Xeyrullayev (Apasport) olublar. İlin fotoreportyoru nominasiyasında qalib adına Leyla Nağıbəyova ("Neftçi” futbol klubu) layiq görülüb.
 
"Futbol+” ilin idman qəzetləri, "CBC Sport” isə telekanallar sırasında fərqləniblər. İlin idman nəşri nominasiyasında Əbülqasım Novruzovun müəllifi olduğu " Şuşada voleybolu sevirdilər...” kitabı qalib seçilib.
 
Laureatlar sırasında Azərbaycan Velosiped İdman Federasiyasının mətbuat xidməti, həmçinin "sport24.az” və "1news.az” portalları da var.
 
"Rio-2016”nın gümüş mükafatçısı, güləşçi Mariya Stadnik, IV İslam Həmrəyliyi Oyunlarının üçqat qalibi, bədii gimnast Marina Durunda, "Bakı-2017”nin qalibi, taekvandoçu Patimat Abakarova, üçqat dünya çempionu, güləşçi Hacı Əliyev, üçqat dünya çempionu, bokçsu Məhəmmədrəsul Məcidov və dünya çempionu, taekvandoçu Milad Beigi Hərçəqani ilin idmançıları adına layiq görülüblər.
 
İlin komandası nominasiyasının qalibi "Qarabağ” futbol klubu, şahmat və cüdo üzrə millilər olub.
 
"Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin çalışdırıcısı Faiq Qarayev və gənclərdən ibarət cüdo üzrə millimizin baş məşqçisi Elçin İsmayılov ilin baş məşqçiləri elan ediliblər.
 
İlin idman hakimi Hicran Şərifov (güləş), idman azarkeşi isə Elşən Məmmədov olublar.

OXŞAR XƏBƏRLƏR

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...