\"Mehman ona əl qaldırıb\" - Nazirlikdən fotosu yayılan zabitlə bağlı açıqlama

\
Bir neçə gündür ki, sosial şəbəkələrdə məhbus Mehman Hüseynov tərəfindən döyüldüyü bildirilən 14 saylı cəzaçəkmə müəssisəsinin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun şəkilləri yayılır.  


Hazırda Ə. Abdalova məxsus olduğu iddia edilən profil bağlıdır. Profildə həmin şəxsin müxtəlif vaxtlarda çəkdiyi şəkillər paylaşılıb.

 

Sfera.az xəbər verir ki, "Qafqazinfo” sözügedən profilin Ə. Abdalova məxsus olub olmadığı ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. 

Nazirlikdən bildirilib ki, sosial şəbəkədə yayılan fotolardan xəbərdardırlar. Sadəcə həmin profilin Əli Abdalova məxsus olub olmadığını bilmirik. Ümumiyyətlə, dövlət qulluqçusu da sosial şəbəkə istifadəçisi ola bilər. Qanunla bu qadağan edilməyib”.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov da qeyd edib ki, həmin şəkillərin haradan əldə edildiyini bilmir: "Mənim bildiyimə görə, Əli Abdalovun hər hansı sosial şəbəkə hesabı yoxdur. Onun şəklini yayıb təhqir edənlər, hədə-qorxu gələnlərə bu heç də başucalığı gətirmir. Məhkum Mehman Hüseynov məhkəmə zabitinə əl qaldırıb və onu vurub. Bununla bağlı da cinayət işi qaldırılıb. İstintaq zamanı və məhkəmə prosesində buna qiymət veriləcək”



OXŞAR XƏBƏRLƏR

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...