Mehman Hüseynov polisə çağırıldı - SƏBƏB

Mehman Hüseynov polisə çağırıldı - SƏBƏB
Bloger Mehman Hüseynov polisə çağrılıb.

Sfera.az-ın məlumatına görə, bu haqda o özünün facebook hesabı vasitəsilə xəbər verib.

Mehman Hüseynov ötən gecə ona Abşeron rayon Polis İdarəsindən zəng edildiyini yazaraq bu gün saat 10-00-da idarəyə dəvət edildiyini yazıb. Bloger bununla bağlı statusunda dəvəti seçkilərə qatılması ilə əlaqələndirib: "Artıq namizələrə belə təzyiq etməyə düşünürlər? Xeyri yoxdu! Sona qədər gedəcəm...."

"Məni niyə məhz Abşeron rayon Polis İdarəsi axtarır? O tərəflərdə yaşamıram, evim o tərəfdə deyil, qeydiyyatım o tərəfdə deyil" deyə Mehman Hüseynov bildirib.

OXŞAR XƏBƏRLƏR