Məhkum özünü türmədə asdı

Məhkum özünü türmədə asdı

 
Ötən gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində intihar hadisəsi qeydə alınıb.
Sfera.az-ın SalamNews-a istinadən məlumatına görə, 1984-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Aslanov Mahir Nazim oğlu cəza çəkdiyi müəssisədə özünü asıb.
Məhkumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nizami rayon şöbəsinə gətirilib. Meyit müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.
Qeyd edək ki, Aslanov Mahir Nazim oğlu narkotik vasitələrin qanunsuz satışı maddəsi ilə həbsdə olub.


DİGƏR XƏBƏRLƏR