Məhkəməni uduzdu, cəriməni 1 qəpiklə ödədi - Bakıda - Fotolar
21:07 / 04.09.2015
1474
Bakıda maraqlı hadisə baş verib. Sfera.az xeberle.com-a istinadən xəbər verir ki, ötən gün Sabunçu rayon məhkəməsində Bakı şəhər sakini Fikrət Nəsibov uduzub. Fikrət Nəsibova məhkəmə tərəfindən 740 AZN cərimə kəsilib. Göstərilən cəriməni uduzan tərəf maraqlı şəkildə ödəyib. 740 AZN-i 1 Azərbaycan qəpiklərinə çevirib və məhkəmənin iştirakı ilə qarşı tərəfə ödəyib.