Məhkəmədə hakim özü-özünə etiraz etdi

Məhkəmədə hakim özü-özünə etiraz etdi

Rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Vəkillər Kollegiyasının keçmiş üzvü Vüqar Poladov və sabiq müstəntiq Misir Əmirovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Unikal.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Samir Əliyevin sədrliyi ilə bu gün keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra kollegiyanın hakimlərindən biri - Cavid İsmayıov özü-özünə etiraz etdiyini deyib.  O söyləyib ki, sabiq müstəntiq M.Əmirovla tələbə yoldaşı olub və bir müddət onunla bir yerdə işləyib.

Buna görə də hakim özü-özünə etiraz edib.

Məhkəmə etirazı təmin edib. Proses qeyri-müəyyən günədək təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslərin hər ikisinin barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə) maddəsi ilə ittiham irəli sürülüb.

12 saylı Vəkil Bürosunun vəkili olmuş V.Poladovun vəkillik fəaliyyəti bir müddət əvvəl dayandırılıb.


OXŞAR XƏBƏRLƏR