\"Məhkəmədə görüşək\" - Lalədən Elçinə cavab

\

Əməkdar artist Lalə Məmmədova teleaparıcı Elçin Əlibəylinin "Popumuz var!" proqramında onu tənqid etməsinə münasibət bildirib.

Sfera.az xəbər verir ki, sənətçi bu haqda fikirlərini sosial şəbəkədə yazıb:

"Söhbət məndən gedirsə, o zaman qorxmasınlar, adımı çəksinlər, dediklərinin arxasında durub, sübuta yetirsinlər, məhkəmədə görüşək.

Zamanında heç kəsdən qorxmadım, gördüyüm hadisəyə münasibətimi bildirdim, heç kəsin şəxsi işinə qarışmadan sözümü ünvanına, sahibinə qadınlığımla açıq-aşkar dedim. Lazım gələrsə, nəinki Maral, bütün haqları tapdanmış qadınların arxasında durub, yenə də sözümü deməyə hazıram!

İllərdir xalqıma və incəsənətimə vicdanla xidmət etdim, oxuduğum mahnıların vergül nöqtəsinə qədər ehtiyatla yanaşdım, bəziləri kimi əsrlərdən bugünə gəlib çıxan xalq mahnımızı illərdir analarımızı gözüyaşlı qoyan, torpaqlarımızı işğal edən, 1 milyondan çox azərbaycanlını evindən didərgin salıb, qaçqın edən bədxah ermənilərin dilində oxumadım!".

Xatırladaq ki, Maral Tahirqızı ilə verilişində qalmaqal yaşayan E.Əlibəyli bu hadisə ilə bağlı fikir bildirən L.Məmmədovanı saxtakarlıqda ittiham etmişdi:

"Bəzi "müğənniciklər” Maral Tahirqızını müdafiə etdi. Biri də var, həm müğənnidir, həm "alim”. İnsan hər gün toydadır, mahnı yazdırır, klip çəkdirir, uşaq böyüdür, vaxt tapır bir dəfə boşanır da, üstəlik, elmi məqalalələr də yazıb, elmlər namizədliyini müdafiə edib. Bütün bunları necə çatdırıb, bilmirəm. Saxta müğənni olduğu kimi, saxta da alimdir. Saxta da fikirlər söyləyir. Necə ki, fəaliyyəti bütövlükdə saxtadır. Yaradıcılığı kserokopiyadan ibarətdir. Azərbaycanın çox məşhur müğənnisinin, böyük sənətkarının oxşarıdır. O, oxuyanda hamıya elə gəlir ki, başqası oxuyur. Onun müdafiəsi riyakarlıq idi. Sən özün lağ edənlərdən birisən”..


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...