Məhkəmə iki nəfəri öldürməkdə ittiham olunan sürücü ilə bağlı prokurorun şikayətini təmin etmədi

Məhkəmə iki nəfəri öldürməkdə ittiham olunan sürücü ilə bağlı prokurorun şikayətini təmin etmədi

Ali Məhkəmədə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Salam Həsənovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayəti və kassasiya protestinə baxılıb.

Sfera.az xəbər verir ki, bu barədə oxu.az-a vəkil Əli Hüseynov məlumat verib.

Onun sözlərinə görə, iclasda qərar elan olunub.

 

Qərara əsasən, S.Həsənov barəsində çıxarılan bəraət qərarı qüvvədə saxlanılıb, prokurorun və zərərçəkmiş tərəfin protesti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2017-ci il mart ayının 22-də Ələt-Astara-İran sərhəd yolunun Cəlilabad rayonu Alar kəndi ərazisindən keçən 122-ci kilometrliyində baş verib.

S.Həsənovun idarə etdiyi avtomobil digər avtomobillə toqquşub və nəticədə, iki nəfər ölüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Həsənov uzun müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Şirvan Apellyasiya Məhkəməsi həmin şəxs barəsində bəraət qərarı verib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb.


OXŞAR XƏBƏRLƏR