Məhkəmə ədaləti pozdu, deputat özü borclu olduğu halda haqlı olan ustanı cərimələtdi

Məhkəmə ədaləti pozdu, deputat özü borclu olduğu halda haqlı olan ustanı cərimələtdi

Zülfüqar Əliyev foto Meydan TV

Usta: ''Əslində zərər ona yox, bizə dəyib''

Ağdam rayon Məhkəməsi deputat Mirzəcan Xəlilovun villasında işləmiş ustayla bağlı qətnamə çıxarıb. Qətnaməyə əsasən, usta Zülfüqar Əliyev dəymiş zərərə görə 28 min, şərəfin təhqirinə görə 100 manat təzminat ödəməlidir. 
Bu barədə Meydan TV-yə Zülfüqar Əliyev özü məlumat verib. Bildirib ki, əslində deputat məhkəmədən şərəf və ləyaqətinin təhqirinə görə 100 min manat kompensasiya istəmişdi:

"Görünür məhkəmə insaflı çıxıb 100 manat cərimələdi. Üstəlik, guya dəymiş zərərə görə ona 28 min manat ödəməliyəm. Əslində isə zərər ona yox, bizə dəyib. Əziyyət çəkib işləmişik, pulumuzu illərdir ala bilmirik”.Zülfüqar Əliyev deyir ki, başına gələnlərlə bağlı prezidentə, baş prokurora, Milli Məclisə məktublar yazıb. İndi ondan bunun əksini yazmasını istəyirlər:"Deputat istəyir ki, təkrar məktub yazıb səhv etdiyimi, təqsirin məndə olduğunu söyləyim. Bunu edəcəyim təqdirdə məhkəmənin kəsdiyi 28 min 100 manatlıq təzminatı almayacaqlarını deyirlər. Mən isə belə bir addım atmayacağam. Bəli, doğru demişəm, Mirzəcan Xəlilovun mənə 55 min manat borcu var”.Zülfüqar Xəlilov daha öncə başına gələnlərlə bağlı Meydan TV-yə danışmışdı. Bildirmişdi ki, deputatın villasında aylarla əziyyət çəkib işləyib, axırda isə pulunu ala bilməyib:"Çox get-gəldən sonra dedi ki, "elə bil pulu qumara qoyub uduzmusan, unut getsin”. Mən unudaram unutmasına, gətirdiyim fəhlələrə, ustalara nə deyim? Onlar mənim yaxamdan yapışıb pullarını istəyirlər axı”.

 

 

Zülfüqar Əliyev təkcə işçilərə deyil, tikinti materialları mağazalarına da borclu qaldığını söyləyir."Fəhlələrdən ibarət briqadam var. Fərdi evlərdə tikinti, təmir işləri görürük. 2013-cü ildən 2014-cü ilədək "Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilovun Novxanıdakı villasında fasadın təbii daş örtüyü ilə üzlədik. Ancaq bugünə qədər pulumuzu ala bilməmişik”.Zülfüqar Əliyev deyir ki, Mirzəcan Xəlilovda 55 min manat alacağı var. Pulumuzu verməmək üçün min bir bəhanə gətirir:"Əvvəl yenə zənglərimizə cavab verirdi. Deputat seçiləndən sonra, ümumiyyətlə, yaxın düşə bilmirik. Bizdə olan nömrələrə zəng edirik, köməkçisi İlham götürür. Deyir, bu gün olacaq, sabah olacaq… İki ildir sürünürük, pulumuzu ala bilmirik”.Millət vəkili sonda Zülfüqar Əliyevi Abşeron Rayon Məhkəməsinə verib:

"Guya onun işini yarımçıq qoyub, pulu alıb qaçmışam. O da sonradan başqa briqada ilə danışıb, işini onlara gördürüb. Bu iddia məhkəmədə təsdiqini tapmadı. Bundan sonra o, 100 min manat təzminat tələbi ilə Ağdam Rayon Məhkəməsinə üz tutdu. Guya şikayət etməklə onların şərəf və ləyaqətini alçaltmışam. Beləcə, həm günahkar, həm də güclüdülər”.

Mirzəcan Xəlilovun köməkçisi həmin vaxt Meydan TV-yə Zülfüqar Əliyevin dediklərinin yalan olduğunu söyləmişdi.

"Necə oldu ki, adam 2013-cü ildə iş gördü, pulunu almadı və susdu? Mirzəcan müəllim millət vəkili olandan sonra başlayıb şantaj etməyə. Bu 3 ildə harda yatmışdı? Niyə tələb etmirdi pulunu? Özü də 55 min manatlıq əmək haqqı olmur. Yalan danışır, elə bir şey olmayıb. Biz onunla bağlı məhkəməyə müraciət etmişik. Bu barədə şər-böhtan yayan media qurumlarını da məhkəməyə verəcəyik. Bizim heç kimə borcumuz yoxdur”.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...