Məhkəmə Aytac Babayevanı öldürən şəxs haqda qərarını AÇIQLADI

Məhkəmə Aytac Babayevanı öldürən şəxs haqda qərarını AÇIQLADI

Bu gün Bakı Apellyasiya Məhkəməsində Aytac Babayevanı öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı İzzət Hüseynov barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Sfera.az report-a istinadən bildirir ki, hakim Əmir Bayramovun sədrliyi ilə keçiriləcən prosesdə qərar elan olunub.
Qərara əsasən, İ.Hüseynovun apelyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı höküm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, 2015-ci il aprel ayının 29-da Nizami rayonunun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı - 1998-ci il təvəllüdlü, 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olan Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib. İ.Hüseynov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Ötən il noyabr ayının 29-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Hüseynov 20 il müddətinə azadlıqdan məhrum edilib. A.Babayevanın anası isə ona ömürlük həbs cəzası verilməsini istəyib. Qərardan narazı qalan İ.Hüseynovun müdafiəçisi Adəm Məmmədov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin müdafiəçisi məhkəmənin istintaqla aparılması barədə vəsatət verib. Lakin hakim vəsatəti təmin etməyib. A.Məmmədov həmin qərardan kassasiya şikayəti verib. Ali Məhkəmə isə kassasiya şikayətini təmin etməyib. İşə yenidən Bakı Apellyasiya Məhkəməsində baxılacaq.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...