Məhərrəm Əliyevin idmançı qohumu həbs edildi

Məhərrəm Əliyevin idmançı qohumu həbs edildi

Bir neçə saat bundan əvvəl Nəsimi Rayon Polis İdarəsindən haqqın.az saytının kriminal 

araşdırmalar şöbəsinə Bakıda növbəti hadisə barədə məlumat verilib və bu olayda, göründüyü

 kimi, yenə də yüksək vəzifəli məmurların qohumları və dostlarının adları hallanır.

 Polis orqanlarının məlumatına əsasən, bir qrup naməlum şəxs Tbilisi prospektindəki yanacaqdoldurma 

stansiyasının əməkdaşını döyüb. 


Hadisə nəticəsində YDM-nin keşikçisi, 1988-ci il təvəllüdlü Sadiq Bağırov ağır bədən xəsarəti alıb. 

Hələlik polis hadisənin təfərrüatlarını açıqlamayıb və yalnız Sadiq Bağırovu qəddarcasına döymüş

 qoluzorlular qrupunun yanacaqdoldurma stansiyasına gəldiyi avtomobilin markasını bildirib. Polis

 idarəsinin məlumatına görə, söhbət Bentley avtomobilindən gedir. 




 Biz avtomobilin sahibinin şəxsiyyətini və paytaxtın tən ortasında növbəti şok effekti yaradan

 qanunsuzluğun detallarını müəyyənləşdirmək üçün araşdırmaya başladıq və bəzi şeyləri

 öyrənə bildik. Ötən gecə saat 4:00-da tanınmış Azərbaycan generalının oğlu, qohumu və 

onların dostları 90-HN-999 dövlət nömrə nişanlı Bentley avtomobilində Tbilisi prospektində 

yerləşən AZPETROL yanacaqdoldurma stansiyasına gəliblər. YDM əməkdaşından avtomobilə 

yanacaq vurmağı xahiş edəndən sonra gənclərdən biri əməkdaşa maşının pəncərəsindən 100 

manatlıq əskinas uzadıb. Yanacaqdoldurma stansiyasının əməkdaşı deyib ki, xırdası yoxdur və 

onu gözləməyi xahiş edib. Bu cavab Bentley-nin sərnişinlərinin xoşuna gəlməyib və onlar gənc

 oğlanla sözləşməyə başlayıblar. Vəziyyəti aydınlaşdırmaq üçün YDM-nin keşikçisi Sadiq Bağırov

 maşına yaxınlaşıb və işin nə yerdə olduğunu öyrəndikdən sonra nəzakətli tərzdə gözləməyi xahiş 

edib ki, əməkdaş pulu xırdalaya bilsin. 




 Nədənsə bu cavab xuliqanları özündən çıxarıb və onlar avtomobildən çıxaraq keşikçini müşahidə

 kameralarının olmadığı, YDM-nin ərazisində yerləşən mağazaya tərəf çəkib aparıblar. Bir neçə dəqiqə 

sonra elə həmin yerə ikinci avtomobil – ağ rəngli Prado yaxınlaşıb. Onun içindən bir neçə nəfər idmançı

 bədən quruluşlu gənc çıxıb və YDM işçiləri ilə keşikçilərini kütləvi şəkildə döyməyə başlayıblar. Həmin

vaxt yoldan keçən vətəndaşlardan bəziləri dalaşanları ayırmağa cəhd etsələr də, özləri də azğınlaşmış 

qoluzorlulardan nəsiblərini alıblar. Lakin kütləvi dava xuliqanlara az görünüb və Bentley-nin sürücüsü

 maşının yanına qayıdaraq, oradan 

silah götürüb və hamını güllələyəcəyi ilə hədələməyə başlayıb. Dostlarından biri silahı onun əlindən

 almağa müvəffəq olub. 


 Bundan sonra da Bentley-nin sakitləşmək bilməyən sahibi POS-terminalı qopararaq onunla keşikçi

 Sadiq Bağirovun başına zərbələr endirib. Çox ehtimal ki, avtomobilin sahibi və dostları güclü sərxoşluq

 vəziyyətində olublar. Bir müddət sonra hadisə yerinə polis və təcili tibbi yardım maşınları gələrək, 

təhqiqata başlamış və yaralıları xəstəxanalara aparmışlar. Haqqın.az məlumatlı mənbələrdən 

öyrənə bilib ki, hadisənin baş qəhrəmanı nüfuzlu Azərbaycan generalının qohumu İsa Əzizov olub. 



 Araşdırma vaxtı bizə bir fakt da məlum olub. Məhz bu idmançı qrupu ötən ilin may ayında 

Bakıdakı Famous karaoke klubunda qizları döymüşdü. O zaman döyülmə faktı ilə bağlı Rusiya vətəndaşı 

Diana Babayeva və Elvina Əliyeva polisə ərizə ilə müraciət etmişdilər. Diana Babayeva həm də

 Rusiyanın Bakıdakı səfirliyinə müraciət etmişdi. Elvina Əliyevanın sözlərinə görə, İsa Əzizov 

onu döyüb və güclə maşına oturtmaq istəyirmiş. 


 Ötən ilin may ayındakı hadisədən sonra İsa Əzizovun barəsində CM 221-ci maddəsi üzrə (xuliqanlıq)

 cinayət işi qaldırılmışdı. Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsinin müstəntiqi Müşfiq Cəbrayılov

 qeyd etmişdi ki, polisin İsa Əzizovun harada olması ilə bağlı məlumatı yoxdur və o, axtarışa verilib.

 Təəssüf ki, İ.Əzizovun axtarışı ilə başlı bütün tədbirlər nəticəsiz qalıb – o, azadlıqda olub və cəzasını almayıb. 



Hamının gözü qarşısında bu cür cəzasızlıq İ.Əzizovun əl-qolunu açıb və o, Bakının mərkəzində 

kütləvi davalar törətməkdə davam edir. Haqqın.az Bakı Yol Polisi İdarəsinə müraciət edərək öyrənib ki,

 90-HN-999 dövlət nömrə nişanlı Bentley markalı avtomobil qeydiyyatda yoxdur. Lakin bu nömrə ilə

 başqa bir maşın qeydiyyata alınıb. Onun markası isə Toyota Land Cruiser-dir və Nurlan Bənnayevin

 adına qeydiyyatdan keçib, etibarnamə ilə Qamət Məmmədova verilib. Yeri gəlmişkən, ötən ilin may 

ayında baş vermiş hadisədən sonra Diana Babayeva polisə yazdığı ərizədə Toyota Land Cruiser 

avtomobilinin sahibi tərəfindən döyüldüyünü qeyd etmişdi. Cinayət törədilən vaxt elə həmin İsa 

Əzizov avtomobilin sükanı arxasında olub. 


Bu material dərc edilməyə hazırlanarkən DİN əməkdaşları məlumat verdilər ki, xüsusi əməliyyat keçirilib

 və onun nəticəsində İsa Əzizov və dostları – davada iştirak etmiş digər idmançılar saxlanılıblar. 

İ.Əzizovu Nəsimi RPİ-nin 20-ci bölməsinin əməkdaşları yaxalayıblar. 

Hazırda o, Nəsimi Rayon Polis İdarəsinin müvəqqəti saxlama şöbəsində həbsdədir. Hüquq-mühafizə

 orqanlarındakı məlumatlı mənbələr həmçinin idmançıların hansısa tanınmış generalla qohumluq 

əlaqələrinin olmadığını, onların sadəcə olaraq, özlərini bu cür qələmə verdiklərini söylədilər...


Criminal.az xəbər verir ki, İ.Əzizov Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi 

xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin yaxın qohumudur. 


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...