“Məhəmməd Mursini biz devirmişik”- İsrailli general
Dünya
17:14 / 09.04.2019
3096
İşğalçı İsrail ordusunun generalı Aryeh Eldad Misirdə Məhəmməd Mursinin devrilməsi prosesindən danışıb.
O açıqlamasında Məhəmməd Mursinin devrilməsində İsrail rejiminin də səy göstərdiyini dilə gətirib.
Aryeh Eldad bildirib ki, Məhəmməd Mursi İsrail rejimi ilə Misir arasında imzalanan Kamp Deyvid razılaşmasını sonlandırmaq üçün işlər görməyi planlaşdırıb.
"Hətta Sinay yarımadasına əlavə əsgərlər göndərmək istəyirdi. İsrail bunun üçün hərəkətə keçdi”, - deyə general Aryeh Eldad diqqətə çatdırıb. O qeyd edib ki, Kamp Deyvid razılaşmasına baxmayaraq misirlilər heç vaxt işğal altındakı torpaqlara getməyiblər.