Məhbuslara verilən işgəncələrin görüntüsü yayıldı – VİDEO

Məhbuslara verilən işgəncələrin görüntüsü yayıldı – VİDEO
Sosial şəbəkələrin Rusiya seqmentində Yaroslavl vilayətinin 1 saylı cəzaçəkmə müəssisəsində məhbuslar üzərində işgəncələri əks etdirən iki videogörüntü yayılıb.

Videogörüntüləri "Novaya Qazeta” nəşrinə "İctimai hökm” (Общественный вердикт) hüquq müdafiə fondu təqdim edib.

Hər iki görüntü Yaroslavl həbsxana əməkdaşlarının üzərlərindəki müşahidə kamerasına (videoqeydiyyatçı) düşüb.

Birinci videoda həbsxana əməkdaşı məhbusa yaxınlaşaraq siqaret çəkdiyinə görə ona acıqlanır. Daha sonra onu rəisin yanına aparacağını bildirir. Ancaq məhbusun gödəkçəsini çıxarmaması bəhanəsi ilə onu vəhşicəsinə təpikləməyə başlayır.

İkinci videoçarxda isə bir neçə həbsxana nəzarətçisinin əhatəsində olan məhbus nüfuzdan salınmaq üçün başqa bir "aşağılanmış” məhbusun ağzından çıxmış siqareti çəkməyə vadar edilir.

Hazırda bölgənin aidiyyəti istintaq orqanları materialları araşdırır.

OXŞAR XƏBƏRLƏR

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Ramil Nəsirov vəfat edib.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı ...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...