“Megafun”dakı hadisə ilə bağlı valideynlərə çağırış olundu

“Megafun”dakı hadisə ilə bağlı valideynlərə çağırış olundu
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Megafun” Əyləncə Mərkəzində helium şarlarının partlaması nəticəsində 3-ü uşaq olmaqla 8 nəfərin xəsarət alması hadisəsi ilə bağlı valideynlərə çağırış edib.

Dövlət Komitəsi eyni zamanda bununla bağlı əyləncə mərkəzlərində təhlükəsizlik tədbirlərinin görülməsinin zəruri olduğunu vurğulayıb: "Megafun” Əyləncə Mərkəzində helium şarlarının partlaması nəticəsində baş verən alışma nəticəsində 8 nəfər (3-ü uşaq olmaqla) xəsarət alıb. Baş verən hadisənin nəticələrindən dolayı təəssüfləndiyimizi bildiririk. Hazırda hadisə aidiyyəti orqanlar tərəfindən ciddi şəkildə araşdırılır və təhlükəsizlik tədbirlərinin ciddiləşdirilməsi ilə bağlı lazımi tədbirlər görülür. Həmçinin Komitə tərəfindən zərərçəkmiş ailələrin hər biri ilə əlaqə saxlanılıb və səhhətlərinin qənaətbəxş olduğu və ilkin tibbi yardım göstərildikdən sonra evə göndərildikləri barədə məlumat əldə edilib. Uşaqların daha çox vaxt keçirdiyi əyləncə mərkəzlərində ciddi təhlükəsizlik tədbirlərinin görülməsini zəruri hesab edirik.

Valideynlərə isə uşaqların yaş xüsusiyyətlərini nəzərə alaraq, onların psixo-emosional sferasını zədələməyəcək əyləncə formalarına üstünlük vermələrini, uşaqları psixikanın həssas inkişaf dövründə səs-küylü, qarışıq rəng çalarlı məkanlardan mümkün qədər uzaq tutmalarını məsləhət görürük. Bununla yanaşı, yay mövsümü ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən edilmiş xəbərdarlıqlara ciddi şəkildə riayət etmələri tövsiyə olunur. Valideynlərə yay mövsümündə uşaqları açıq havada, hovuz kənarında, çimərliklərdə nəzarətsiz buraxmamaqla yanaşı, onların süni qidalardan rəngli su və şirniyyat məmulatları, tez xarab olan, dondurma və bu qəbildən olan qidaların qəbulu zamanı ehtiyatlı olmaları tövsiyə olunur".(report)

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...