Mədrəsələrin yaradılacağı bölgələrin adları açıqlandı
Cəmiyyət
21:01 / 04.07.2016
1466
Yeni mədrəsələrin açılması istiqamətində intensiv hazırlıq işləri görülür.
"Bakı şəhərində
və Azərbaycanın bir sıra bölgələrində yeni mədrəsələr fəaliyyətə başlayacaq”.
Sfera.az xəbər verir ki, bunu açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədr müavini Səyavuş Heydərov deyib.
O
bildirib ki, ölkə rəhbərliyi yeni mədrəsələrin açılması barədə tapşırıq verib:
"Mədrəsələrin
yaradılması prosesinə Qafqaz Müsəlmanları İdarəsi rəhbərlik edir. Ölkə rəhbərliyi
bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə də göstəriş verib. Dövlət
Komitəsi də prosesdə iştirak edir.
Azərbaycanda
yeni mədrəsələrin açılması istiqamətində intensiv hazırlıq işləri görülür”.
S.Heydərovun
sözlərinə görə, Bakıda Heydər məscidinin nəzdində, Gəncədə və Lənkəranda mədrəsələrin
yaradılması nəzərdə tutulub. Onun sözlərinə görə, mədrəsə məzunları Qafqaz Müsəlmanları
İdarəsi tərəfindən məscidlərə imam və axund qismində təyin olunacaqlar.