Mediada gender balansı gözlənilirmi?

Mediada gender balansı gözlənilirmi?
Xaçmazda Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma" regional proqramı çərçivəsində "Gender hüququ:  gender balansının təşviq edilməsində medianın rolu" mövzusunda jurnalistlər üçün təlim keçirilib. 

Jurnalist Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli gender bərabərliyi mövzusunda jurnalistləri təlimatlandırıb. Gender balansının mahiyyəti, faydaları, dünyada gender balansının mövcud mənzərəsi, media sferasında gender balansının durumu haqqında məlumat verilib.

Jurnalistlərin Peşə Davranışı Qaydaları və informasiya qanunvericiliyinin gender balans mövzusuna yanaşması haqda danışılıb. 
 
Ekspert gender balansının dünyadakı mənzərəsi haqda danışaraq bildirib ki, bu gün dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan İngiltərədə belə qadınlarla kişilər arasında əmək haqqında 18 faiz fərq var:  

"BMT tərəfindən hazırlanan hesabata görə, dünyada gender balansı 68-32 nisbətində kişilərin xeyrinə dəyişilir. Öncələr isə bu nisbət 62-40 olaraq dəyərləndirilib. BMT hesabatına görə, Azərbaycan 144 ölkə sırasında gender bərabərliyinə görə 80-cı yerdə qərarlaşıb. Lakin bu qərəzli bir yanaşmadır". 
M.Ələsgərli mobil telefon və internetdən istifadəyə görə qadın-kişi nisbətindən danışıb:  

"Mobil telefon istifadəsinə görə istifadəçi kişilərin sayı qadınlardan 6 faiz yüksəkdir. İnternetdən istifadəyə görə isə qadınlar kişilərdən 11 faiz irəlidədir".

Nigar Məhərrəm

Sfera.az

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...