Mədət Quliyev Şəfəq Kərimlini işdən çıxardı

Mədət Quliyev Şəfəq Kərimlini işdən çıxardı
Müdafiə Sənayesi Nazirliyinin sözçüsü işdən çıxarılıb.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı Müdafiə Sənayesi naziri Mədət Quliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Şəfəq Kərimli Müdafiə Sənayesi Nazirliyinin Ümumi şöbəsinin baş məsləhətçisi vəzifəsindən azad edilib. O, bu vəzifə ilə yanaşı nazirliyin sözçüsü funksiyasını yerinə yetirirdi. 

Nazirliyin sözçüsü vəzifəsi isə İnformasiya texnologiyaları şöbəsinin müdiri Yaşar İsakova həvalə olunub.

Qeyd edək ki, bu ilin iyun ayında Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Üzeyir İsmayılov da vəzifəsindən azad olunub və müvafiq əmrlə bu vəzifəyə Zaur Əliyev təyin edilib. Həmçinin Müdafiə Sənayesi nazirinin müavini Tofiq Rəfiyev də vəzifəsindən azad olunub. Eyni zamanda Müdafiə Sənayesi Nazirliyində struktur dəyişikliyi aparılıb və yeni kadr təyinatları olub.

Belə ki, nazirliyin Hüquq-müqavilə və kadrlar şöbəsi ləğv edilib. Onun əsasında iki yeni şöbə - Hüquq şöbəsi və Kadrlar şöbəsi yaradılıb. Müvafiq əmrlə Hüquq şöbəsinin müdiri vəzifəsi İsmayıl İbrahim oğlu Kərimova, Kadrlar şöbəsinin müdiri vəzifəsi isə Elgün Bəkir oğlu Bəxtiyarova həvalə olunub.

İ.Kərimov bundan əvvəl Nazirliyin Hüquq-müqavilə və kadrlar şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Bundan başqa, Müdafiə Sənayesi Nazirliyinin Maliyyə və mühasibat uçotu şöbəsinin adı dəyişdirilərək Maliyyə və uçot şöbəsi adlandırılıb. Nazir M.Quliyevin müvafiq əmri ilə Nadim Buludxan oğlu Bayramov MSN-nin Maliyyə və uçot şöbəsinin müdiri təyin edilib. 

Xatırladaq ki, Prezident İlham Əliyevin 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin olunub. 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...