Mədət Quliyev Aygün Kazımovaya vəzifə verdi

Mədət Quliyev Aygün Kazımovaya vəzifə verdi
Xəbər verdiyimiz kimi, 28 May - Respublika Günü ilə əlaqədar olaraq bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin təşəbbüsü ilə Dövlət Bayraq Meydanında yürüş keçirilib.

Sfera.az xəbər verir ki, tədbirdə media nümayəndələri, bir sıra dövlət işçiləri, o cümlədən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Sərhəd Qoşunları Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev də iştirak edib.

Açılışı Azərbaycanın Xalq artisti Aygün Kazımova "Azərbaycan” mahnısı ilə edib.

Keçirilən tədbirdə Aygün Kazımova Dövlət Təhlükəsizliyi Xidmətinə solist təyin olunub və ona fəxri diplom təqdim olunub.

Bu barədə ifaçının mətbuat xidmətindən bildirilib.

Tədbirin rəsmi hissəsindən sonra 5 km marafona start verilib.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR