Mədət Quliyev Aparat rəhbərini işdən çıxarıb, yerinə onu gətirdi

Mədət Quliyev Aparat rəhbərini işdən çıxarıb, yerinə onu gətirdi
 

Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Üzeyir İsmayılov vəzifəsindən azad olunub.

Sfera.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı Müdafiə Sənayesi naziri Mədət Quliyev müvafiq əmr imzalayıb.

Digər əmrlə Şahin Əliyev Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri təyin edilib. O, əvvəllər başqa dövlət qurumunda işləyib. 

Bundan başqa, hazırda nazirliyin Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri vəzifəsi də boşdur. Həmin şöbənin müdiri Hüseyn Zeynalov bir müddət əvvəl işdən çıxarılıb.


OXŞAR XƏBƏRLƏR