Mədəniyyət Nazirliyindən Arif Quliyevin dəfn yeri ilə bağlı AÇIQLAMA
Gündəm
11:57 / 07.05.2021
2978
Mədəniyyət Nazirliyi tanınmış teatr və kino aktyoru, Xalq artisti Arif Quliyevin vəfatından kədərləndiyini bildirib, ailəsi və yaxınlarına başsaşlığı verib.
Bu barədə nazirlikdən bildirilib.
"Xalq artistinin dəfni ilə bağlı məsələrə nazirlik tərəfindən müvafiq köməklik göstəriləcəyini, dəfn yeri və vaxtının ailəsi tərəfindən müəyyən ediləcəyini bildiririk", - nazirlikdən bildirilib.
Qeyd edək ki, Xalq artisti A.Quliyev ötən gün axşam saatlarında müalicə aldığı "Yeni klinika"da dünyasını dəyişib.
Sənətçinin ailəsindən "Report"a bildirilib ki, mərhumun cənazəsi bu gün İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.