Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 2,5 milyon manat ayrıldı

Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 2,5 milyon manat ayrıldı

Prezident İlham Əliyev Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Publika.az xəbər verir ki,  sərəncamda qeyd edilir ki, Bakı şəhəri ərazisində qəzalı vəziyyətdə olan binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrini hazır mənzil alınması yolu ilə yeni mənzillərlə təmin etmək üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılsın.

 

Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.


OXŞAR XƏBƏRLƏR