Sİyasət

MDB-yə sədrlik Özbəkistana keçəcək

MDB-yə sədrlik Özbəkistana keçəcək

Təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair prinsipial mövqe MDB ölkələri başçılarının oktyabrın 11-də  Aşqabadda və oktyabrın 25-də MDB hökumət başçılarının Moskvada keçirilən iclasında bir daha təsdiqlənib.

 

Sfera.az-ın oxu.az-a istinadla məlumatına görə, bunu MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasında çıxışı zamanı deyib. 

 

Onun sözlərinə görə, MDB Müdafiə Nazirləri Şurasının praktik fəaliyyəti davamlı olaraq çoxsahəli hərbi əməkdaşlığın inkişafına töhfə verir.   

 

S.Lebedev qeyd edib ki, MDB müdafiə nazirlərinin hər bir görüşü MDB-də hərbi əməkdaşlığın genişləndirilməsində ümumi maraqların olduğunu göstərir:

 

"Buna nümunə olaraq bugünkü görüşün gündəliyində 20-dən çox məsələ var”. 

 

O vurğulayıb ki, gələn il MDB-yə sədrlik Özbəkistana keçəcək.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930