“McDonald’s”a ağır zərbə: Big Mac satmaq qadağan olundu

“McDonald’s”a ağır zərbə: Big Mac satmaq qadağan olundu
Avropa İttifaqının İntellektual Mülkiyyət Agentliyi "McDonald’s”a böyük zərbə vurub.

Agentlik şirkətə Big Mac ticarət markasından istifadəni qadağan edib. "McDonald’s” məhkəmə prosesini uduzduğundan bu layihədən imtina etməli olacaq. Qida sektorunun nəhəngi İrlandiya şirkəti "Supermac”a uduzub.

"McDonald’s” və "Supermac” çoxdandır Avropa qida bazarında bir-biri ilə ciddi rəqabət aparır. Bu, şirkətlər arasındakı ilk məhkəmə işi deyil. Hələ dörd il əvvəl "Supermac” Avropada fəaliyyətini genişləndirəndə "McDonald’s” İrlandiya korporasiyasını məhkəməyə vermişdi. Onda məhkəmədən irlandlar məğlub ayrılmışdı.

İndi "Supermac” Avropa qida bazarında yerini möhkəmləndirmək üçün yeni fürsət qazanıb. İrlandiya şirkəti Big Mac adından istifadə hüququ da əldə edib.

Əslində, şirkətlərin burgerləri arasında ciddi fərq var. "Supermac” restoranlarında Big Mac sifariş edənlər heç də "McDonald’s”dakı yarımfabrikat yeməyi almayacaqlar. Halbuki avropalı müştərilər hələ 1996-cı ildən məhz "McDonald’s”da Big Mac yeməyə alışmışdılar.

"McDonald’s”ın qərardan apellyasiya şikayəti verib-verməyəcəyi hələlik bilinmir.

"McDonald’s”ın xüsusilə postsovet məkanında işləri bir o qədər qaydasında getmir. Məsələn, Rusiyada qida sektoru nəhənginin qazancı son 19 ildəki ən aşağı həddə çatıb.Bizimyol

OXŞAR XƏBƏRLƏR