“McDonalds”ın silinən paylaşımı və etirazlar – Şirkət ermənilərin xətrinə dəyməkdən qorxub?

“McDonalds”ın silinən paylaşımı və etirazlar – Şirkət ermənilərin xətrinə dəyməkdən qorxub?

"McDonalds” şirkətinin Azərbaycana dəstək məqsədli paylaşımının silinməsi cəmiyyətdə müzakirəyə səbəb olub.


Sfera.az xəbər verir ki, şirkət bir neçə gün öncə Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstək sərgiləyərək rəsmi səhifəsində paylaşım etmişdi. Azərbaycan bayrağının bütün doğma torpaqlar üzərində dalğalanmasını arzu edən şirkət sonra nədənsə mövqeyini dəyişərək həmin paylaşımı silib.

 

Təbii ki, bu Azərbaycan ictimai rəyində birmənalı qarşılanmadı. Etdiklərindən toplumun xəbərdar olduğunu anlayan səhifə idarəçiləri çox keçmədən bu addımı hansı səbəbdən atdıqlarına "aydınlıq” gətiriblər. Amma necə deyərlər, üzrü qəbahətindən daha betər olub.

 

Belə ki, şirkət paylaşımın silinməsini əsas amaldan geri dönməməklə, yəni insanları qida ilə təmin etmək fikrinə sadiq qalmaqla əlaqələndirib. O zaman sual olunur, əgər "McDonalds” rəsmi səhifəsi həqiqətən də ancaq qida təminatı məsələsinə önəm verib, bununla bağlı paylaşım edirsə, niyə bundan əvvəl müxtəlif bayramlarla bağlı (Qurban bayramı, Ramazan bayramı, Silahlı Qüvvələr Günü və s.) paylaşım edirdi?

 

Qeyd edək ki, paylaşımın silinməsi ermənilərin "McDonalds” şirkətini boykot etməsi ilə əlaqələndirlir.

 

 

Sfera.az

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR