İdman

Maykl Essyenin transfer qiyməti nə qədərdi?

Maykl Essyenin transfer qiyməti nə qədərdi?
"Səbail"in ulduz futbolçusu Maykl Essyen yenidən keçmiş klubu "Persib Bandunq"un maraq dairəsinə düşüb. Bildirilir ki, mart ayında "Səbail"lə müqavilə imzalayan 37 yaşlı yarımmüdafiəçi cəmi 3 görüşdə 128 dəqiqə mübarizə aparıb.


"Səbail"in ulduz futbolçusu Maykl Essyen yenidən keçmiş klubu "Persib Bandunq"un maraq dairəsinə düşüb. Bu iddia ilə İndoneziya mətbuatı çıxış edib.

Bildirilir ki, mart ayında "Səbail"lə müqavilə imzalayan 37 yaşlı yarımmüdafiəçi cəmi 3 görüşdə 128 dəqiqə mübarizə aparıb. İndoneziyalılar əsas heyətə düşməkdə çətinlik çəkən oyunçunun transfer qiymətini də yazıblar. Bildirilir ki, veteran oyunçunun dəyəri 500 min avrodu.

Qeyd edək ki, Maykl Essyenin "Səbail"lə müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031