Mayın 29-u metro gecə 4-ə qədər işləyəcək

Mayın 29-u metro gecə 4-ə qədər işləyəcək

Mayın 29-da Bakıda keçiriləcək Avroliqanın final oyununa görə Bakı metrosu gücləndirilmiş iş rejimində işləyəcək.

"Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, final oyunu tam yekunlaşanadək stansiyalar gücləndirilmiş rejimdə çalışacaq: "Oyun 22:00-da başlayacaq gecə saatlarınadək davam edəcək. Amma bizdə qatarlar gecə saat 12-yə kimi işləyir. Bununla bağlı Təşkilat Komitəsinin müraciətinə əsasən stadiondan azarkeş axını bitənə qədər metropoliten işləyəcək. Oyundan əlavə vaxt ola bilər, penalti seriyası ola bilər, həmçinin mükafatlandırma mərasimi də nəzərə alınacaq. Buna görə qatarların hərəkəti gecə saat 4-ə qədər davam edəcək, bütün stansiyalara giriş bu saata qədər davam edəcək”.  

Daşınmanın gedişatında zərurət yaranarsa, xəttə əlavə qatarlar da buraxılacaq:  "Bakı Metropoliteni”nin filan oyunu ilə bağlı tədbirlər planı var. Bizim könüllülərimiz sərnişinlərə, turistlərə mütəmadi olaraq metrodan istifadə, kartların alınması, balansın artırılması prosedurları barədə məlumat verəcək”.


OXŞAR XƏBƏRLƏR

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.   B...

Xalasının bir sözünə görə evə gəlib anasını ÖLDÜRDÜ: "Qətldən sonra isə..." - DETALLAR

“Bəzən qətillərə səbəb heç də tamah və ya əxlaq problemlərindən qaynaqlanmır”.   Sfera.az bildirir ki, bunu "Təmiz Dünya" Qadı...

"Deyirlər ki, rus hərbçilərini ilk dəfə biz çıxarmışıq. Hara çıxarmısan?" - Millət vəkilindən müxalifətə

“Rusiya sülhməramlılarının dinc formada Azərbaycandan çıxarılması bütövlükdə Cənubi Qafqaz tarixində yeni mərhələ deməkdir”.   Sfera.az x...

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində İŞLƏYİR

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir.   Sfera.az xəbər verir ki, bu barədə Aİ-dən bildirilib.   S...

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Şamaxı rayonunda İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün zərərli vərdişlərin f...

"Bu, onu göstərir ki, ABŞ və Fransa münaqişənin bitməsini istəmir" - Ceyhun Məmmədov

“Artıq Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə başlanılıb. Heç şübhəsiz ki, üçtərəfli sənəddə “müvəqqəti” şərtinin qoyulmas...