“Mauqli”nin məğlub etdiyi Orlov azərbaycanlı iş adamının mühafizəçisidir - FOTO

“Mauqli”nin məğlub etdiyi Orlov azərbaycanlı iş adamının mühafizəçisidir - FOTO
Kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olan Zabit Səmədov növbəti döyüşünü keçirib.
 
Sfera.az Reytinq.az-a istinadən xəbər verir ki, "Mauqli” ləqəbi ilə tanınan azərbaycanlı Belarusda keçirilən görüşdə rusiyalı "Molekul Ada” ləqəbli Yevgeni Orlov üzərində qələbə qazanıb.

Beləliklə, məşhur döyüşçümüz Zabit Səmədov növbəti dəfə qələbəsi ilə Azərbaycan bayrağını dalğalandırıb.

Yevgeni Orlovun Azərbaycana xüsusi rəğbəti var. Bu isə təsadüfi deyil. Yevgeni Orlov İtaliyada yaşayan azərbaycanlı iş adamı Füzuli Məmmədovun cangüdənlərindən biridir.

Yevgeni Orlovun Zabit Səmədova məğlub olmasına gəldikdə, Füzuli Məmmədovun fikrincə, bu, bir idman yarışıdır və rinqə çıxan iki döyüşçüdən biri qalib olur. Onun sözlərinə görə, bu döyüşdə qələbə həmyerlimiz Zabit Səmədovun payına düşüb.

O, Orlovun ruhdan düşməyərək növbəti görüşlərə ciddi hazırlaşacağına və qalib gəlmək üçün rinqə çıxacağına inanır. 
 

OXŞAR XƏBƏRLƏR

Respublika Pediatriya Mərkəzi yaradıldı

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi ...

️Piyada diqqətsizliyi ağır qəzaya səbəb oldu

Bu gün saat 16:45 radələrində ADY-yə məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.   Sfera.az ...

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir.   Sfera.az Report-a istinadən xəbər verir ki, ...

Rusiyaya aparıldığı iddia edilən ukraynalı uşaqlar Almaniyadadır? - İDDİA

"Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Almaniyada Rusiyaya aparıldığı hesab edilən 161 uşaq tapıblar".  Sfera.az “Ukrinform&...

Mbappenin qışqırığı davaya SƏBƏB OLDU: "Bu futboldur, məsələni..."

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan (4:1) sonra Kilian Mbappeyə görə PSJ və “Barselona” futbolçuları arasında qarşıdurma yaş...

Hakimlər üçün "yalan dedektoru" - Andrey Şevçenkonun YENİ TƏKLİFİ

Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Şevçenko hakimlərin yalan detektoru vasitəsilə yoxlanılması sistemini tətbiq etmək istəyir.   ...