Krİmİnal

Maskalı şəxslər lombarda basqın etdilər

Maskalı şəxslər lombarda basqın etdilər

 

 

İyulun 29-u saat 10:45-də Bakının Xətai rayonunda lombarda basqın olub.

Bu barədə Oxu.Az-a Xətai Rayon Polis İdarəsindən məlumat veriblər.

İş maskası geyinmiş iki naməlum kişi Babək prospekti, 76 saylı binada yerləşən lombarda girib.

Lombardın 1957-ci il təvəllüdlü sahibəsi Leyla Əliyeva iddia edir ki, cinayətkarların silahı olub.

Onlardan biri silahla qadının başına zərbə endirib. Quldurlar lombarddan 10 min manat və dəyəri 30 min manat olan qızıl məmulatları götürüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) üzrə cinayət işi qaldırılıb. Şübhəlilərin saxlanılması istiqamətində iş aparılır.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031