Maqazİn

“Maşın”da şərəfini, mənliyini satanlar...” - Türkan Vəlizadə

“Maşın”da şərəfini, mənliyini satanlar...” - Türkan Vəlizadə

"Bıçağı kürəyə vurmaq olmaz. Kürəyə vuran insanların da adını xalq çox yaxşı bilir. Ya oynayırsınızsa, kişi qızı, kişi oğlu kimi oynayın, ya da, ümumiyyətlə, oynamayın”. 

Sfera.az yenisabah-a istinadla xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə Oxu.az-a müsahibəsində dilə gətirib.

O, "Maşın”dakı iştirakçıların oyun taktikası barədə də danışıb:

"Mən "dəmir parçası”nı qazanmaq üçün gecə-gündüz işləyərəm, nəinki mənliyimi, şəxsiyyətimi ortaya qoyaram. Avtomobili burada qoyub getdim, amma mənliyim, şəxsiyyətim özümdə qaldı. Tərbiyəm necə idisə, o tərbiyəmi də şouda nümayiş etdirdim. Oyunda şərəfini, mənliyini satan iştirakçılar çox oldu. İnanın, kənardan onlara baxmaq çox ağır idi. Çox pis görünürdülər. Mən oyundan çıxandan sonra gördüm ki, çox biabırçılıqlar baş verirdi. Dünya malına görə qırğına qalxmışdılar”.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930