“Maşın bazarı”nda nə baş verir? – REPORTAJ + FOTO

“Maşın bazarı”nda nə baş verir? – REPORTAJ + FOTO
“Təkər bazarı”nda ən çox işlənmiş təkərlər satılır 

Sfera.az musavat-a istinadən xəbər verir ki, manatın devalvasiyasından sonra ölkəyə gətirilən hər bir məhsulda qiymət artımı açıq şəkildə özünü biruzə verir. Bu ilin əvvəllərindən başlayan devalvasiya özünün qara üzünü göstərməkdə davam edir. Bu isə, ölkənin bütün sahələrində olduğu kimi, bazarlarda da öz təsirini göstərir. Satıcılar alıcı qıtlığından, alıcılar isə qiymətlərin baha olmasından şikayətlənirlər. Bu cür problemlər Bakının Babək prospektində yerləşən və şəhərdə hamının “Maşın bazarı” kimi tanıdığı avtomobil ehtiyat hissələrinin satıldığı məkanda da yaşanır. Bütün bunlar haqqında daha müfəssəl xəbər almaq üçün adıçəkilən ünvana yollandıq. 

Bazara girişdə alıcı sayının çox olması nəzər-diqqətimizi cəlb etdi. Və bir anlıq elə bir fikir yarandı ki, yuxarıda yazdığımız düşüncələrin hər biri yanlışdı. Yəni, əksinə, alıcı çox, satıcılar isə olduqca məmnundurlar. Lakin bazarı bir az gəzdikdən sonra əsil mahiyyət açıq-aşkar ortaya çıxdı.

İlk öncə maşın bazarında yerləşən təkər satılan əraziyə baş çəkdik. Çeşid çoxluğu və real alıcılıq səviyyəsinin aşağı olması elə ilk baxışdan nəzərə çarpırdı. Çeşid çox, qiymətlər isə “əl yandırır”. 

Satıcı Kərim Allahverdiyevin sözlərinə görə, demək olar, 5 aydır ki, alver olduqca zəifləyib: “Əvvəllər günə 4-5 alıcımız olurdusa, indi 1-2 alıcı “tuta” bilsək, papağımızı göyə atırıq. Əksər alıcılar yeni təkərlərin baha olmasından şikayətlənirlər. Buna görə də daha çox işlənmiş məhsul almağa üstünlük verirlər. Bu isə qiymətdə iki dəfədən artıq fərq deməkdir. 

Məsələn, “BMW”, “Mercedess”,” Volkswagen” və bu kimi alman markası maşınlar üçün 1 komplekt (4 ədəd) təkərin yenisinin qiyməti 1000-1200 manatdır. Amma insanların alıcılıq qabiliyyətinin zəif olması onların yeni yox, işlənmiş təkərlər almasına gətirib çıxarır. Bu da bizə sərf etmir. Çünki qazancımız iki dəfədən çox aşağı olur”. 

K.Allahverdiyev qeyd edir ki, təkərləri ən çox Gürcüstandan gətirirlər: “Mən özüm də əslən gürcüstanlıyam. Bu bazardakıların demək olar ki, 90 faizi gürcüstanlıdır. Orada qiymətlər olduqca münasibdir. Bu da sırf gömrüklə bağlı olan məsələdir. Məhz elə buna görə də, çox adam Gürcüstana gedib, təkərləri oradan almağa üstünlük verir”.

Bazarın təkər satışı yerindən ayrılıb, üz tutduq, müxtəlif avtomobil ehtiyat hissələri satılan əraziyə... Burada da vəziyyət ürəkaçan deyildi. Mağazaların bir neçəsi bağlanmışdı. Real alıcıların sayı da olduqca az idi.

Avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan Zəmanət Əliyev deyir ki, iki həftə ərzində bazarda artıq 3 mağaza bağlanıb: “Alıcı qıtlığı, manatın dəyərdən düşməsi və insanların alıcılıq qabiliyyətinin zəifləməsinə görə bazarda iki həftə ərzində 3 mağaza bağlanıb. İlin əvvəlindən başlayan bu azalma artıq hər kəsə öz təsirini göstərir. Elə mənim özüm də pis vəziyyətdəyəm. “Nisyə ” dəftərim dolub-daşır. Nə zamana qədər bu cür davam edəcək, axırımız necə olacaq, bilmirəm. Hər gün vəziyyətimiz daha da ağırlaşır”.

Zəmanət Əliyev əlavə olaraq onu da bildirdi ki, artıq 12 ildir, bu bazarda fəaliyyət göstərir. O, zaman-zaman belə halların olduğunu da vurğuladı. Lakin əvvəllər alverin bu qədər zəif olması 2-3 ay davam edirdisə, indiki vaxtda vəziyyət günbəgün daha da pisləşir: “Gömrük rüsumu çox yüksəkdir. Xərcimiz qazancımızdan artıqdır. Manatın dəyərinin azalmasından sonra isə heç Gürcüstandan da mal gətirmək sərf etmir. Gömrük və yol xərclərini hesablayanda qiymət qalxır, kəllə-çarxa... Heç olmasa, gömrük qiymətləri aşağı olsaydı, bir az nəfəs alardıq”.

Bakı Dövlət Universitetini bitirmiş və iş tapmadığı üçün 3 ildir ki, bu bazarda satıcı işləyən Kəramət Veysiyevin sözlərinə görə, Rusiya istehsalı olan avtomobillərin ehtiyat hissələri daha ucuzdur. Lakin bu, keyfiyyətdə özünü açıq şəkildə göstərir: “Rusiya istehsalı olan avtomobillərin, əsasən də hazırda bir çox insanın üstünlük verdiyi “NİVA”-ların ehtiyat hissələri xarici model maşınlara nisbətdə ucuzdur. Bu da onların keyfiyyəti ilə bağlıdır. Necə deyərlər, “ucuz ətin şorbası olmaz”. Amma xarici model avtomobillərin aksessuar və ehtiyat hissələri daha bahadır. Bu isə, alıcıların cibi ilə tərs mütənasibdir. Məhz buna görə də, çox vaxt dəyər-dəyməzinə satırıq, malımızı... Başqa çarəmiz də yoxdur”.














OXŞAR XƏBƏRLƏR

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...