Maşın bazarında kritik durum - 5 min fərq

Maşın bazarında kritik durum -  5 min fərq

2015-ci ilin yanvar-avqust aylarında Gürcüstandan Azərbaycana 2844 minik avtomobili ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 4,8 dəfə azdır.

SFERA.AZ azadliq.info-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin 2015-ci ilin ilk 8 ayının yekunları üzrə xarici ticarət haqqında hesabatında deyilir. Hesabata əsasən, qeyd edilən dövrdə Gürcüstandan Azərbaycana ümumi dəyəri 51,24 milyon dollar olan avtomobillər ixrac edilib.
Göstərilən dövrdə Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 29,7 faiz təşkil edib. Xidmətin məlumatına əsasən, ölkənin bu kateqoriyadan olan ümumi ixracında isə Azərbaycanın xüsusi çəkisi 41,1 faiz təşkil edib.

Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi 3,55 dəfə (dəyər baxımından), say nisbətində isə 10,95 min ədəd azalıb. Müqayisə üçün bildirək ki, 2014-cü ilin yanvar-avqust aylarında Gürcüstandan Azərbaycana 182,13 milyon dollar həcmində 13,79 min avtomobil ixrac edilib.

Ölkəyə avtomobil idxalının azalması 2014-cü il aprel ayının 1-dən Azərbaycanda tətbiqinə başlanılan Avro-4 ekoloji standartına keçidlə izah edilir. Avro-4-ün tətbiqi Gürcüstandan Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin böyük hissəsini təşkil edən köhnə avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırır. Avtomobillər Gürcüstana xaricdən gətirilir.

2015-cü ilin yanvar-avqust aylarında Azərbaycan ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan malların idxalını 2,2 dəfə azaldıb.Hesabat dövründə Gürcüstandan Azərbaycana 172,65 milyon dollar məbləğində mal ixrac edilib ki, bu da Gürcüstanın ümumi ixracının 11,8 faizini təşkil edir. 


OXŞAR XƏBƏRLƏR

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunacaq.   Sfera.az-ın məlumatına görə, o, ap...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...