Maşın almaq istəyənlərin nəzərinə - Dəyişiklik

Maşın almaq istəyənlərin nəzərinə - Dəyişiklik

"Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında Təlimat"da dəyişiklik edilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, sənədə edilən yeni dəyişikliyə əsasən, avtomobili pulsuz almaq hüququ olan və növbəyə yazılan əlillərə avtomobil verilmədikdə onlara ildə iki dəfə nəqliyyat xərci kimi əmək pensiyasının minimum məbləğinin baza hissəsinin 20 faizi məbləğində pul kompensasiyası verilir.

İndiyədək isə bu, sənəddə yaşa görə pensiyanın baza hissəsi kimi qeyd edilirdi. (trend)

Sfera.az


OXŞAR XƏBƏRLƏR