Masallıda yas mərasimi yarımçıq dayandırıldı

Masallıda yas mərasimi yarımçıq dayandırıldı

Masallı Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Ərkivan qəsəbəsində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Sfera.az bildirir ki, məlumatı Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupu yayıb.

Bildirilir ki, Masallı Rayon İcra Hakimiyyətinin və RPŞ-nin əməkdaşları dərhal həmin ünvana gəlib və karantin rejimi qaydalarının pozulduğu aşkar edilib.

Mərasim dayandırılıb və orada olanlardan səkkiz nəfər polis şöbəsinə aparılaraq, karantin rejiminin qaydaları və tələbləri onların diqqətinə çatdırılıb.

Onlardan üç nəfəri Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunub, digərləri barəsində isə protokol tərtib edilib. Həmin beş nəfər cərimə olunub.


OXŞAR XƏBƏRLƏR