Masallı rayonunda ev yanıb
13:33 / 10.02.2019
3785
Masallı rayonunun Boradigah qəsəbəsində ümumi sahəsi 424 kvadratmetr olan ikimərtəbəli on otaqlı evin ikinci mərtəbəsində altı otaq və dam örtüyü 212 kvadratmetr sahədə yanıb.
Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, evin qalan hissəsi yanğından mühafizə olub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır. (xezerxeber.az)