Martın 1-dən bu ölkədə ictimai nəqliyyat pulsuz olacaq

Martın 1-dən bu ölkədə ictimai nəqliyyat pulsuz olacaq
 

Qərbi Avropa ölkəsi olan Lüksemburqda martın 1-dən etibarən ictimai nəqliyyat pulsuz olacaq.

Sfera.az xəbər verir ki, bu tətbiqə qatar, tramvay və avtobuslar şamil ediləcək.

Beləliklə, Lüksemburq ictimai nəqliyyatın pulsuz olduğu ilk ölkə olacaq.

Ölkə rəhbərliyi bunu nəqliyyat sıxlığının azalması və karbon qazı nisbətinin düşməsi məqsədilə tətbiq edir.

Qeyd edək ki, ictimai nəqliyyatın pulsuz edilməsi 2018-ci ildən bəri planlaşdırılır. Bu tətbiq ölkəyə illik 41 milyon avroya başa gələcək.  


OXŞAR XƏBƏRLƏR