Mart ayının pensiyalarının veriləcəyi - VAXTI AÇIQLANDI

Mart ayının pensiyalarının veriləcəyi - VAXTI AÇIQLANDI
Əmək pensiyaçılarının sosial müdafiəsinə və onların maraqlarının təminatına yönələn növbəti tədbir kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən mart ayı üzrə bütün pensiyaların maliyyələşdirilməsi Novruz bayramına kimi başa çatdırılacaq.

Sfera.az xəbər verir ki, bu barədə trend-ə ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib. O bildirib ki, Novruz bayramı ilə əlaqədar mart ayının pensiyalarının nəzərdə tutulan qrafikdən daha əvvəl olmaqla, bayrama qədər ödənişinin həyata keçirilməsi üçün aidiyyəti işlər aparılır. Sabahdan etibarən Bakı şəhəri üzrə pensiyaların maliyyələşməsinə başlanılacaq, növbəti günlərdə isə mərhələli şəkildə ölkənin digər əraziləri üzrə pensiyalar ödəniləcək. Tələb olunan vəsait Fondun mərkəzi xəzinə hesabından müəyyən olunmuş qrafikdən əvvəl yerli orqanların hesablarına köçürülməklə, Novruz bayramına qədər bütün ölkə üzrə pensiyaların maliyyələşdirilməsinin yekunlaşdırılması nəzərdə tutulur.
Şöbə müdiri vurğulayıb ki, son bir ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2016-cı ilə nisbətən 7 faizə yaxın, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8,72 faiz artıb. Həmin daxilolmalarda artım cari ildə davam edib. Bu artım dinamikasının, habelə Maliyyə Nazirliyinin dəstəyinin nəticəsi kimi bütün ölkə üzrə mart ayının pensiyalarının bayrama qədər maliyyələşdirilməsinə imkan yaranıb. "2018-ci ilin 01 yanvar tarixinə olan məlumata əsasən, ölkədə 1 milyon 318 min 446 nəfər əmək pensiyası alır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 fevral 2018-ci il tarixli "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamı cari ilin əvvəlindən pensiyalarda növbəti artımın təmin edilməsinə imkan verib. Sərəncama əsasən, 2018-ci il yanvarın 1-dən əmək pensiyalarının 2017-ci il üzrə əmək haqlarının orta aylıq artım tempinə uyğun, yəni 5,7 faiz səviyyəsində indeksləşdirilərək artırılması təmin edilib”, deyə E.Babayev vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...