Marsda nəhəng buz kütləsi - FOTO
19:19 / 21.12.2018
4559
Avropa kosmik agentliyi Mars planetindən maraqlı bir foto dərc edib.
"Mars Express” zondu Korolev kraterinin şəklini çəkib. Planetin Olimp dağı çevrəsində yerləşən, sovet kosmik konstruktoru Sergey Korolyovun adını daşıyan kraterdə buz kütləsi açıq aşkar görünür. Marsın şimal qütbündə yerləşən bu yerin diametri 82 kilometrdi. Buz təbəqəsi il boyu ərimir. Buzun qalınlığının 1,8 km olduğu ehtimal olunur.