Marketlərin qiymət tələsi – Ehtiyyatlı olun – VİDEO

Marketlərin qiymət tələsi – Ehtiyyatlı olun – VİDEO
İndi böyük marketlər o qədər inkişaf edib ki, demək olar, bazara getməyə ehtiyac qalmır. Marketlərdə kibritdən tutmuş meyvə-tərəvəzə qədər, hər şey satılır. Belə xidmətin olması insanlar üçün çox yaxşıdır. Lakin yaxşı olmayan məsələ haqq-hesab məsələsidir. Yəni vitrindəki qiymətlə kassadakı qiymət üst-üstə düşmür. Fikirləşirsən ki, alış-veriş edəsən, rahat olasan, amma aldadılasan.

ARB TV-nin "Günə doğru” proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Müştərilər mağazalarda, iri marketlərdə alış-veriş zamanı aldıqları məhsulun vitrin qiyməti ilə kassa qiyməti arasında müəyyən qiymət fərqi ilə rastlaşırlar. Elə sosial şəbəkələrdə bununla bağlı paylaşılan fotolar, məlumatlar da bu cür faktların olduğunu bir daha təsdiq edir.

Alıcılar daha çox mal alanda, ən çox üz tutduğu super-marketlərdə bu hal sanki bir siyasətə çevrilir. O mənada ki, müştəri çox çeşiddə mal alır və satıcı kassada fərqli qiymətlər vurur, müştəri isə bunu hiss etmir, ya da,

Sakin: "Özlərinə deyirəm düzəldirlər”.

Böyük market şəbəkələrindən də bu cür faktların olduğunu təsdiqlədilər. Səbəbi isə belə izah etdilər.

Satıcı: "Günahkar satıcılardır. Qiymət dəyişir amma vitrində qiymət dəyişilmir.

Vitrində məhsulu başqa qiymətə görən müştəri kassada fərqli məbləğ ödədikdə özünü bir növ aldadılmış hesab edir.

Bu kimi hallarla bağlı çox sayda şikayətin olduğunu deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunu sadəcə bəhanə adlandırır.

Eyyub Hüseynov - Azad İstehlakçılar Birliyinin sədri: "Bu iş market sahiblərinin istehlakçılarını aldatmaq jestidir. İstehlakçı kassa çekini götürüb, iradını bildirməlidir”.

Mütəxəssislərin fikrincə, marketdə rəf qiyməti ilə kassa çıxış qiyməti fərqli olduqda ucuz olan qiymət keçərlidir. Hətta bəzi marketlərdə, belə hal baş verərsə, həmin mal alıcıya pulsuz verilir.



OXŞAR XƏBƏRLƏR

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...